...

İzmirdə partlayış: yaralıların sayı artıb (FOTO/VİDEO) (YENİLƏNİB)

Hadisə Materials 31 Avqust 2017 10:14 (UTC +04:00)
Türkiyənin İzmir şəhərinin Buca rayonunda partlayış olub.
İzmirdə partlayış: yaralıların sayı artıb (FOTO/VİDEO) (YENİLƏNİB)

Bakı. Trend:

Türkiyənin İzmir şəhərinin Buca rayonunda partlayış olub.

Trend-in məlumatına görə, partlayış zibil qutusunda cəzaçəkmə müəssisəsinə məxsus xidməti avtobus yaxınlıqdan keçən zaman baş verib.

Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub.

Xidməti avtobusda az sayda insanın olduğu, partlayış nəticəsində 8 nəfərin yaralandığı bildirilir. Onlardan 3-nün vəziyyəti ağırdır.

Bundan əvvəl 6 nəfərin xəsarət aldığı deyilirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti