...

Bakıda vətəndaş mənzildə halsız vəziyyətdə aşkarlanıb

Hadisə Materials 6 Sentyabr 2017 13:59 (UTC +04:00)
Bakıda bağlı qapılar arxasında köməksiz qalmış şəxs xilas edilib.
Bakıda vətəndaş mənzildə halsız vəziyyətdə aşkarlanıb

Bakı. Trend:

Bakıda bağlı qapılar arxasında köməksiz qalmış şəxs xilas edilib.

Belə ki, Trend-ə FHN-dən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri mənzilin qapısını açmış və halsız vəziyyətdə aşkarladıqları vətəndaşı aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 12:08-də başa çatıb.

Xəbər lenti

Xəbər lenti