...

Bakıda 3 otaqlı ev yanıb

Hadisə Materials 23 Sentyabr 2017 22:45 (UTC +04:00)
Bakıda yanğın qeydə alınıb
Bakıda 3 otaqlı ev yanıb

Bakı. Trend:

Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 70 m2 olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 16 m2 sahədə, taxtadan ibarət arakəsmə divarları 25 m2 sahədə yanıb.

Yüksək temperaturdan 2 otaq və dəhliz 40 m2 sahədə qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 19:06-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti