...

Zaqatala meşəsində baş verən yanğın lokallaşdırılıb

Hadisə Materials 25 Sentyabr 2017 00:18 (UTC +04:00)
24 sentyabr 2017-ci il tarixində axşam saat 18:10 radələrində Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Tala meşəbəyliyinin 3 saylı dolayının yüksək dağlıq ərazisində yanğın qeydə alınıb
Zaqatala meşəsində baş verən yanğın lokallaşdırılıb

Bakı. Trend:

24 sentyabr 2017-ci il tarixində axşam saat 18:10 radələrində Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Tala meşəbəyliyinin 3 saylı dolayının yüksək dağlıq ərazisində yanğın qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, baş verən yanğın Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşlarının ciddi səyləri nəticəsində artıq lokallaşdırılıb.

Qeyd edək ki, yanğın yüksək dağlıq ərazidə baş verdiyindən yanğınsöndürən maşınların həmin sahəyə qalxması mümkün olmayıb. Yanğının söndürülməsində yalnız əl əməyindən istifadə edilib.

Yanğın nəticəsində quru ot örtüyü və kol-kos yanıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində operativ tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti