...

Bakıda evləri qarət edən şəxs tutulub (FOTO)

Hadisə Materials 20 Oktyabr 2017 13:09 (UTC +04:00)
Bakıda həyət evlərindən oğurluq edən şəxs polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
Bakıda evləri qarət edən şəxs tutulub (FOTO)

Bakı. Trend:

Bakıda həyət evlərindən oğurluq edən şəxs polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi (RPİ) 12-ci Polis Bölməsinə (PB) ərizə ilə müraciət edən Bakı şəhər sakini Sulduz Şükürov cari il oktyabrın 17-də Sabunçu qəsəbəsində yerləşən mənzilinin pəncərisinin sıldırıldığını, oradan pul, məişət əşyaları və dəyəri 1600 manat olan televizorun oğurlandığını bildirib.

Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Lerik rayon sakini Ruslan Kərimov saxlanılıb. O, izahatında həmin evdən oğurluq etdiyini və oğurladığı əşyaları satdığını etiraf edib. Saxlanılan şəxsin ətrafında həyata keçirilən əlavə əməliyyat tədbirləri nəticəsində onun Sabunçu qəsəbəsində yerləşən daha 2 fərdi yaşayış evindən oğurluq etdiyi məlum olub.

Qeyd edilən faktla bağlı 12-ci PB-də toplanan material araşdırılması üçün Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Zəruri istintaq hərəkətləri tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti