...

Bakıda zibillikdə naməlum əşya tapılıb (FOTO)

Hadisə Materials 26 Oktyabr 2017 18:10 (UTC +04:00)
Xəzər rayonu ərazisində 1 ədəd mərmiyə bənzər əşyanın aşkar olunması barədə məlumat daxil olub.
Bakıda zibillikdə naməlum əşya tapılıb (FOTO)

Bakı. Trend:

Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Bakı şəhəri, Xəzər rayonu ərazisində 1 ədəd mərmiyə bənzər əşyanın aşkar olunması barədə məlumat daxil olub.

ANAMA-dan Trend-ə verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri ilə rayon polis şöbəsinin əməkdaşları tərəfindən məişət tullantıları ərazisində aşkar olunmuş 1 ədəd naməlum obyektə baxış keçirilib, hərbi sursat olmadığı aşkar edilərək Agentliyin mərkəzi məhvetmə ərazisindəki metal toplama sahəsinə daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti