...

Çində fişəng fabrikləri bağlanır

Hadisə Materials 10 Noyabr 2017 11:51 (UTC +04:00)
Çinin mərkəzindəki Henan əyalətinin rəhbərliyi fişəng fabriklərinin bağlanması barədə qərar çıxarıb
Çində fişəng fabrikləri bağlanır

Bakı. Trend:

Çinin mərkəzindəki Henan əyalətinin rəhbərliyi fişəng fabriklərinin bağlanması barədə qərar çıxarıb.

Trend-in məlumatına görə, bu qərar havanın çirklənməsinə qarşı mübarizə çərçivəsində qəbul edilib. Eyni zamanda fişəng fabriklərində baş vermiş partlayış insidentləri, eləcə əhali arasında də təhlükəsizlik baxımından qərar məqbul sayılıb.

Qeyd olunur ki, fişəng istehsal edən bütün fabriklərə hazır məhsulları anbarlara toplamaq tapşırılıb. İstehsalçılara isə fişənglərin məhv edilməsi ilə əlaqadar təzminat veriləcəyi bildirilib.

Xəbər lenti

Xəbər lenti