...

Qəbiristanlıqdan oğurluq edənlər saxlanılıb

Hadisə Materials 10 Noyabr 2017 14:39 (UTC +04:00)
Qəbiristanlıqdan oğurluq edən şəxslər saxlanılıb.
Qəbiristanlıqdan oğurluq edənlər saxlanılıb

Bakı. Trend:

Ağcabədi RPŞ-yə rayon ərazisindəki qəbiristanlıqlardan birindən qəbirlərin kənarlarına çəkilmiş hasarların alüminiumdan olan hissələrinin oğurlanması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, faktla əlaqədar cinayət işi başlanılıb.

Dərhal görülmüş tədbirlərlə bu cinayəti törətməkdə şübhəli bilinən şəhər sakinləri - İsbəndiyar Mirzəyev və Vüqar Şükürov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil veriliblər.

İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti