...

Tovuzda avtomobil ağaca çırpıldı, sürücü xəstəxanada...

Hadisə Materials 14 Noyabr 2017 21:55 (UTC +04:00)
Tovuzda yol qəzası baş verib.
Tovuzda avtomobil ağaca çırpıldı, sürücü xəstəxanada...

Bakı. Samir Əli - Trend:

Tovuzda yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun "Semzavod" qəsəbəsi ərazisində baş verib. Rayon sakini, 1974-cü il təvəllüdlü Hüseynov Oruc Sabir oğlu "VAZ" markalı avtomobili idarə edərkən idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı ağaca çırpılıb.

Hadisə nəticəsində sürücü müxtəlif bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti