...

Türkiyədə zəncirvari qəza - 19 yaralı

Hadisə Materials 16 Noyabr 2017 13:34 (UTC +04:00)
Türkiyənin cənubundakı Hatay vilayətində iki yük maşını və sərnişin avtobusunun iştirakı ilə zəncirvari qəza baş verib
Türkiyədə zəncirvari qəza - 19 yaralı

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin cənubundakı Hatay vilayətində iki yük maşını və sərnişin avtobusunun iştirakı ilə zəncirvari qəza baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində 19 nəfərin xəsarət aldığı bildirilir. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Qəzanın baş vermə səbəbləri hələ məlum deyil.

Faktla bağlı polis araşdırmalara başlayıb.

Xəbər lenti

Xəbər lenti