...

Qaxda baş verən yanğın söndürülüb (YENİLƏNİB)

Hadisə Materials 19 Noyabr 2017 18:24 (UTC +04:00)
Qax rayonunda dağlıq ərazidə baş ver\n yanğın söndürülüb
Qaxda baş verən yanğın söndürülüb (YENİLƏNİB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 11:44-də yayılıb)

Bakı. Trend:

Qax rayonunda dağlıq ərazidə baş ver\n yanğın söndürülüb.

Trend-in FHN-in saytına istinadən verdiyi məlumata görə, Qax rayonu, İlisu kəndində dağlıq ərazidə 2 ha sahədə quru ot və kol-kos yanıb. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

ХХХ

11:44

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Qax rayonunun İlisu kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə yanğın başlayıb.

Trend-in FHN-in saytına istinadən verdiyi məlumata görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və texnikası yanğınsöndürmə işlərinə cəlb olunmuşdur. İlkin məlumata görə, ərazidə quru ot və kol-kos yanır.

Yanğının meşə zolağına keçmə təhlükəsi yoxdur. Əlavə məlumat veriləcək.

Xəbər lenti

Xəbər lenti