...

Xırdalanda "VAZ" səkiyə çırpılıb - sürücü ölüb

Hadisə Materials 3 Dekabr 2017 11:12 (UTC +04:00)
Abşeron rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Xırdalanda "VAZ" səkiyə çırpılıb - sürücü ölüb

Bakı. Trend:

Abşeron rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Trend-in FHN-in saytına istinadən verdiyi məlumata əsasən, rayonun Xırdalan şəhərində “VAZ” markalı avtomobil yol kənarındakı səkiyə çırpılıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti