...

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıb (FOTO)

Hadisə Materials 6 Dekabr 2017 17:23 (UTC +04:00)
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Xaçmaz sakinləri saxlanılıb.
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıb (FOTO)

Bakı. Trend:

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Xaçmaz sakinləri saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrinin qanunsuz dövriyyəsinin qarşısının alınması və həmin əməlləri törədən şəxslərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Mürşüd-oba kənd sakini Ağabəy Ələskərov RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb. Baxış zamanı onun üzərindən 8,420 qram narkotik vasitə olan marixuana aşkar edərək götürülüb.

Polis əməkdaşları tərəfindən onun narkotik vasitəni aldığı şəxs də müəyyən edilib və şübhəli bilinən rayonun Niyazabad kənd sakini, əvvəllər məhkum olunmuş Babaseyid Ağayev də saxlanılıb. Baxış zamanı onun üzərindən 4,535 qram marixuana aşkar edilərək götürülüb.

Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun yaşadığı evə baxış zamanı isə həyətində dəmir borunun içərisində gizlətdiyi, ümumi çəkisi 469,072 qram marixuana da aşkar edilərək götürülüb.

Hər iki şəxs barəsində Xaçmaz RPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti