...

Paytaxtda intiharın qarşısı alındı

Hadisə Materials 15 Dekabr 2017 09:10 (UTC +04:00)
Paytaxt Bakıda intiharın qarşısı alınıb.
Paytaxtda intiharın qarşısı alındı

Bakı. Trend:

Paytaxt Bakıda intiharın qarşısı alınıb.

Trend-in FHN-in saytına istinadən verdiyi məlumata əsasən, şəhərin Xəzər rayonunda 1 nəfər kişi beşmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. Əməliyyat başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti