...

Sumqayıt və Cəlilabadda ev yanıb

Hadisə Materials 25 Dekabr 2017 18:01 (UTC +04:00)
Sumqayıtda ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 4 otaqlı ev yanıb.
Sumqayıt və Cəlilabadda ev yanıb

Bakı. Trend:

Sumqayıtda ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 18 kv.m sahədə yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytrına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Cəlilabadın Alar kəndində də ümumi sahəsi 180 kv.m olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları 86 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti