...

Sumqayıtda silsilə oğurluqlar edən şəxslər saxlanılıb

Hadisə Materials 8 Yanvar 2018 13:51 (UTC +04:00)
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən ötən gün keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluqlar etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Sumqayıtda silsilə oğurluqlar edən şəxslər saxlanılıb

Bakı. Trend:

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən ötən gün keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluqlar etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Sumqayıt şəhər sakini olan bir qadının bank hesabından pul cıxarılaraq oğurlanması barədə DİN-in “102” Zəng Mərkəzi Xidmətinə müraciət daxil olub.

Məlumatla əlaqədar Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və şəhər sakini İ.Abbasovanın bank hesabından 75 manatının cıxarılaraq oğurlanması məlum olub.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə pulu oğurlamaqda şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Xəqani Qasımov olması müəyyən edilib. Aparılan əməliyyat tədbirləri ilə onun ötən ilin dekabr ayının 10-dan 28-dək olan müddətdə şəhər ərazisində 1 avtomobildən ərzaq məhsulları, 1 qadına məxsus, içərisində 200 manat olan pulqabısını, “Mitsubishi” markalı avtomobildən akkumulyator, 2 velosiped, habelə qəbiristanlıqların birindən məzarın üzərindəki süni gülləri oğurlaması da müəyyən edilib.

Həyata keçirilmiş digər əməliyyat tədbirləri ilə şəhər sakini olan bir qadının cibindən mobil telefon, 1 həyətyanı sahədən geyim əşyaları, 1 internet klubdan 10 ədəd yaddaş qurğusu, habelə qəbiristanlıqlardan birindən məzarın üzərindəki 2 ədəd mərmər güldanı oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş İlkin Mürsəlov saxlanılıb.

Faktlarla bağlı Sumqayıt ŞPİ-nin İstintaq şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti