...

Narkotik satışı ilə məşğul olan keçmiş məhkumdan 2 kiloqramdan artıq heroin götürülüb (FOTO)

Hadisə Materials 10 Yanvar 2018 16:54 (UTC +04:00)
Bakıda narkotik maddələrin satışı ilə məşğul olan keçmiş məhkumdan 2 kiloqramdan artıq heroin aşkar olunub.
Narkotik satışı ilə məşğul olan keçmiş məhkumdan 2 kiloqramdan artıq heroin götürülüb (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Bakıda narkotik maddələrin satışı ilə məşğul olan keçmiş məhkumdan 2 kiloqramdan artıq heroin aşkar olunub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş Oğuz Babayev saxlanılıb. Polis İdarəsində üzərinə baxış zamanı ondan külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb. Ekspertizaya təqdim olunan həmin narkotik maddənin ümumi çəkisinin 2 kiloqram 100 qram yüksək psixotrop təsirə malik heroin olması barədə rəy verilib. Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib. Araşdırma zamanı O.Babayevin narkotik vasitələrin aludəçisi olduğu müəyyən edilib. O, ifadəsində külli miqdarda heroini satıb gəlir əldə etmək və şəxsi istifadəsi üçün tanımadığı şəxsdən aldığını bildirib.

Qeyd olunan faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti