...

Kaliforniyada dəhşət - Övladlarını zəncirdə saxladılar

Hadisə Materials 16 Yanvar 2018 11:33 (UTC +04:00)
ABŞ-ın Kaliforniya ştatında 13 övladını zəncirdə saxlayan valideynlər saxlanılıb
Kaliforniyada dəhşət - Övladlarını zəncirdə saxladılar

Bakı. Trend:

ABŞ-ın Kaliforniya ştatında 13 övladını zəncirdə saxlayan valideynlər saxlanılıb.

Trend-in məlumatına görə, polis bu barədə övladlardan birinin telefon zəngindən sonra xəbər tutub.

Hadisə ilə əlaqədar 49 yaşlı Luiza Anna və 57 yaşlı Devid Allen Turpin cütlüyü həbs olunub.

Məlumata gröə, zəncirlənən övladlardan ən böyüyünün 29, ən kiçiyinin 2 yaşı olub.

Qonşular evdə baş verənlərdən məlumatı olmadıqlarını bildiriblər. Bununla belə, bu ailənin son illərdə ciddi maliyyə sıxıntıları keçirdiyi məlum olub.

Uşaqlardan əksəriyyətinin pis qidalanadığı və həddən artıq zəiflədiyi bildirilib.

Hazırda polis baş verənlərin səbəbini araşdırır.

Xəbər lenti

Xəbər lenti