...

Qadını döyərək çantasını alıb qaçdı - sonunda yaxalandı

Hadisə Materials 25 Yanvar 2018 11:34 (UTC +04:00)
Qadına qarşı quldurluq edən şəxs saxlanılıb.
Qadını döyərək çantasını alıb qaçdı - sonunda yaxalandı

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Qadına qarşı quldurluq edən şəxs saxlanılıb.

Daxili İşər Nazirliyindən Trend-ə verilən məlumata görə, yanvarın 24-də DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Yasamal rayonu ərazisində qadına qarşı quldurluq edilməsi barədə məlumat daxil olub.

Rayon Polis İdarəsi 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən məlumatla əlaqədar müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla həmin gün axşam saatlarında naməlum şəxsin Bakı şəhər sakini İ.Mirzəyevanı Q.Şərq küçəsində yaşadığı binanın qarşısında döyərək içərisində 475 manat, 89 ABŞ dolları, 60 avro və sənədləri olan çantasını götürərək qaçdığı məlum olub.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən şəxs qısa zamanda polis əməkdaşları tərəfindən müəyyən edilərək “isti izlər”lə saxlanılıb.

Araşdırmalarla onun Salyan rayon sakini Şahin Məmmədov olması müəyyən edilib. Quldurluq yolu ilə əldə etdiyi çanta maddi sübut kimi ondan götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti