...

Bakıda piyadanı vurub qaçan sürücü tutuldu

Hadisə Materials 3 Fevral 2018 14:26 (UTC +04:00)
Faktla bağlı cinayət işi başlanılıb.
Bakıda piyadanı vurub qaçan sürücü tutuldu

Bakı. Trend:

Fevralın 2-də saat 7 radələrində Binəqədi rayonu, A.Məmmədov küçəsində yolu keçən 55-60 yaşlı kişi müəyyən edilməmiş avtomobillə vurulub və nəticədə hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində ölən şəxsin paytaxt sakini Məsim Həsənov olması, hadisənin isə “İsuzu” markalı avtobusla törədilməsi müəyyən edilib.

Görülmüş tədbirlərlə hadisə yerindən qaçan həmin xətt avtobusunun sürücüsü - Bakı şəhər sakini Ramiz Kərimov saxlanılaraq istintaqa cəlb olunub.

Faktla bağlı cinayət işi başlanılıb. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti