...

Yasamalda marketin seyfindən pul oğurlayan şəxs saxlanılıb

Hadisə Materials 5 Fevral 2018 15:40 (UTC +04:00)

Bakı. Trend:

Yasamal rayonu ərazisindəki marketlərdən birinin müdiri 29-cu Polis Bölməsinə müraciət edərək oradakı seyfdən 6050 manatın oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və oğurluq hadisəsinin əvvəllər orada işləmiş şəxs tərəfindən törədilməsi müəyyən olunub.

Əməliyyat-axtarış tədbirləri ilə saxlanılan Xırdalan şəhər sakini Cavanşir Səfərov törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti