...

Şəmkirdə hərbi sursat tapılıb (FOTO)

Hadisə Materials 19 Fevral 2018 19:44 (UTC +04:00)
Şəmkir rayonu, Dəllər Daşbulaq kəndi ərazisində hərbi sursat tapılıb
Şəmkirdə hərbi sursat tapılıb (FOTO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Şəmkir rayonu, Dəllər Daşbulaq kəndi ərazisində hərbi sursatın tapılması barədə məlumat daxil olub.

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə 1 otlaq sahəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 98 ədəd müxtəlif növ partlamamış hərbi sursat (96 ədəd müxtəlif çaplı güllə, 1 ədəd F-1 əl qumbarası və 1 ədəd UZRQM partladıcısı) və 1 ədəd avtomat darağı (boş) aşkar olunub, götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş partlamamış hərbi sursatların ətrafında 230 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti