Bakı. Trend:
Bakıda mənzildən kişi meyiti tapılıb.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1957-ci il təvəllüdlü Vitaliy Suslovun cəsədini aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.