...

Binəqədidə bağlı qapı arxasında halsız vəziyyətdə qalan vətəndaş xilas edilib

Hadisə Materials 27 Fevral 2018 09:20 (UTC +04:00)
Bakıda mənzildə köməksiz vəziyyətdə qalan şəxs xilas edilib.
Binəqədidə bağlı qapı arxasında halsız vəziyyətdə qalan vətəndaş xilas edilib

Bakı. Trend:

Bakıda mənzildə köməksiz vəziyyətdə qalan şəxs xilas edilib.

Trend-in FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və halsız vəziyyətdə olan vətəndaşı aidiyyəti üzrə təhvil verib.

Əməliyyat başa çatıb.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti