...

SON DƏQİQƏ! İstanbulda əməliyyat - 29 terrorçu saxlanıldı

Hadisə Materials 28 Fevral 2018 16:20 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

İstanbulda polisin həyata keçirdiyi əməliyyat nəticəsində İŞİD terror təşkilatının 29 üzvü saxlanılıb.

Trend-in məlumatına görə, bütün saxlanılanlar xarici vətəndaşlardır.

Həmin şəxslərin vətəndaşlıqları açıqlanmayıb.

Polisin məlumatına əsasən, saxlanılanlar İraq, Suriya, eləcə də Yəməndə müxtəlif qruplaşmaların tərkibində fəaliyyət göstəriblər.

Polis İstanbulda bu cür əməliyyatların davam etdiriləcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti