...

Xətaidə yanğın - Bir nəfər tüstüdən zəhərlənib

Hadisə Materials 5 Mart 2018 15:27 (UTC +04:00)
Paytaxtda baş verən yanğın hadisəsində bir nəfər tüstüdən zəhərlənib.
Xətaidə yanğın - Bir nəfər tüstüdən zəhərlənib

Bakı. Trend:

Paytaxtda baş verən yanğın hadisəsində bir nəfər tüstüdən zəhərlənib.

Trend Fövqəladə Hallar Komissiyasının saytına istinadən xəbər verir ki, Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin pilləkən qəfəsində 3 ədəd elektrik sayğacı yanıb.

Hadisə zamanı 1 nəfər tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən xilas edilərək, aidiyyatı üzrə təhvil verilib. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti