Bakı. Trend:
Oğurluğa görə tutulmuş H.Qurbanovun şəhər Memarlıq və Şəhərsalma İdarəsinin mühasibat otağından, A.Alıyarovaya məxsus çantadan pul oğurlaması da müəyyən edilib.
DİN-dən Trend-ə verilən məlumata görə, Sumqayıt şəhər sakini T.Novruzovanın içərisində 2000 manat və sənəd olan çantasını oğurladığına görə Hicran Qurbanov saxlanılıb.
Sumqayıt ŞPİ 3-cü PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 18-dən fevralın 20-dək olan müddətdə A.Alıyarovaya məxsus çantadan, şəhər Memarlıq və Şəhərsalma İdarəsinin mühasibat otağından pul oğurlaması da müəyyən edilib.