...

Lənkəranda qayınatasını öldürən şəxs tutuldu

Hadisə Materials 22 Mart 2018 17:20 (UTC +04:00)
Qayınatası Şirzad Əmənovu qətlə yetirmiş Lənkəran şəhərində yaşayan Rasim İsmayılov saxlanılıb.
Lənkəranda qayınatasını öldürən şəxs tutuldu

Bakı. Trend:

Qayınatası Şirzad Əmənovu qətlə yetirmiş Lənkəran şəhərində yaşayan Rasim İsmayılov saxlanılıb.

DİN-dən Trend-ə verilən məlumata görə, martın 21-də Lənkəran şəhərində yaşayan Rasim İsmayılov evinin yaxınlığında münaqişə zəminində qayınatası Şirzad Əmənova bıçaqla xəsarət yetirib.

Nəticədə xəstəxanaya yerləşdirilmiş 62 yaşlı Ş.Əmənov orada ölüb.

R.İsmayılov Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti