...

Lənkəranda ağır yol qəzası baş verib: 6 ölü

Hadisə Materials 31 Mart 2018 21:51 (UTC +04:00)

Bakı. Trend:

Lənkəranda ağır yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, rayonun Gərmətürk kəndində "Ford" markalı yük və "Mitsubishi" markalı minik avtomobilləri toqquşub.

Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 6 nəfərin (1966-cı il təvəllüdlü Aslanov Fikrət Şirəli oğlu, 1968-ci il təvəllüdlü Aslanov Namiq Şirəli oğlu, 1976-cı il Aslanov Faiq Tofiq oğlu, Xanımgül Aslanova, Mərziyyə Aslanova və Vəsmə Aslanova) cəsədi xilasedicilər tərəfindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

Xəbər lenti

Xəbər lenti