Tümen vağzalı təxliyə olundu - Sahibsiz əşya tapılıb

Hadisə Xəbər 2 Aprel 2018 10:19 (UTC +04:00)

Bakı. Trend:

Tümen vağzalında sahibsiz əşya aşkar edilməsi səbəbindən 250 nəfər təxliyə edilib.

Trend-in məlumatına görə, hadisə yerinə fövqəladə xidmət və kinoloqlar, xüsusi texnika cəlb olunub.

Məlumata görə, sahibsiz əşya səhər saatlarında aşkar edilib.

Hazırda vağzalın ətrafı və ərazisi nəzarətə götürülüb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti