...

Şəmkirdə ağır yol qəzası: ölən var

Hadisə Materials 2 Aprel 2018 12:13 (UTC +04:00)
Şəmkir rayonunun 20 Yanvar küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
Şəmkirdə ağır yol qəzası: ölən var

Bakı. Trend:

Martın 31-də saat 8 radələrində Şəmkir rayonunun 20 Yanvar küçəsində şəhər sakinləri Rizvan Bayramovun idarə etdiyi “Priora” və Qadir Niftalıyevin idarə etdiyi “VAZ-2104” markalı avtomobillər toqquşub.

DİN-dən Trend-ə verilən məlumata görə, nəticədə Q.Niftalıyevin sərnişini - arvadı Lyubov Niftalıyeva hadisə yerində ölüb, özü və R.Bayramovun sərnişini Tural Kərimov xəstəxanaya yerləşdirilib.

Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti