Bakı. Rufiz Hafizoğlu - Trend:
Ankarada Türkiyə Ali Seçki Komitəsinin (YSK) binasında yanğın olub.
Trend-in məlumatına görə, yanğın dövlət qurumunun binasının zirzəmisində baş verib.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğın söndürülüb.
Fakt araşdırılır. Digər təfərrüatlar barədə məlumat verilmir.