...

DİN: Axtarışda olan 63 nəfər tutuldu

Hadisə Materials 4 Aprel 2018 12:22 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 109 cinayət faktı qeydə alınıb, onların da 27-i “isti izlər”lə açılıb.

Trend-ə DİN Mətbuat Xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 20 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə 64, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 4, borclu şəxs qismində axtarışda olan 52 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti