Bakı. Trend:
(İlk xəbər 13:59-da yayılıb)
Moskvada ticarət mərkəzlərinin birində yanğın hadisəsi baş verib.
Trend-in məlumatına görə, yanğın "Persey dlya detey" ticarət mərkəzində qeydə alınıb.
Fövqəladə xidmətdən verilən məlumata görə, alov ticarət mərkəzinin 4-cü mərtəbəsində yerləşən anbarda başlayıb.
Hazırda ticarət mərkəzində olan bütün heyət təxliyə edilir.
Xəsarət alanların olduğu ehtimal edilir.
XXX
Ən son məlumata görə, "Persey" ticarət mərkəzində baş verən yanğında bir nəfər ölüb.
Bundan əvvəl yanğın zamanı bir yaralının olduğu deyilirdi.