Bakı. Trend:
Sinqapurun “Scoot” büdcə aviaşirkətinin təyyarəsi havaya qalxdıqdan sonra hava limanına geri qayıtmalı olub. Təyyarə Tailanda uçuş həyata keçirirmiş.
Trend-in məlumatına görə, buna təyyarənin göyərtəsində partlayış təhlükəsi səbəb olub.
Qeyd olunur ki, uçuş zamanı sərnişinlərdən biri partlayış təhdidi edib. Pilotlar təyyarəni Sinqapur hava limanına geri qaytarmağı qərara alıb. Geri istiqamətdə sərnişin təyyarəsini Sinqapur qırıcıları müşayiət edib.
Təyyarə eniş etdikdən sonra axtarış başlayıb. Digər təfərrüatlar barədə məlumat verilmir.