Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin şimal-qərbindəki Tekirdağ vilayətində güzgü istehsalı fabrikində kimyəvi maddə sızması olub.
Trend-in məlumatına görə, hadisə nəticəsində 30 işçi xəsarət alıb.
Xəstəxanaya yerləşdirilən işçilərin vəziyyəti kritik olaraq qiymətləndirilir.
Hadisə ilə bağlı cinayət işi açılıb, sızmanın səbəbləri araşdırılır.