Bakı. Trend:
İspaniyanın Barselona şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in məlumatına görə, yük maşını ikisi uşaq olmaqla 7 nəfəri vurub.
Zərərçəkənlərin xəstəxanaya yerləşdirildiyi bildirilir.
Məlumata əsasən, insident nəqliyyat vasitəsinin əyləc sisteminin sıradan çıxması səbəbindən baş verib.
Hadisə şəhərin mərkəzində qeydə alınıb.