Bakı. Trend:
Bərdə rayonunda yanğın hadisəsi qeydə alınıb.
Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, Bərdə rayonunda hər mərtəbəsi 210 m² olan ikimərtəbəli 6 otaqlı evin zirzəmisində taxta rəflər 34 m² sahədə yanıb. Yanğından zirzəminin qalan hissəsi və ev mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.