...

Nalçikdə bazardakı güclü yanğın lokallaşdırılıb (YENİLƏNİB)

Hadisə Materials 16 Aprel 2018 11:14 (UTC +04:00)

İlk xəbər saat 09:37-də yayılıb

Bakı. Trend:

Son məlumata görə, Nalçikdə bazarda baş verən yanğın lokallaşdırılıb.

Yanğın ümumilikdə 3200 kv.m sahəni əhatə edib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

X X X

Bu gün səhər saatlarında Rusiya Federasiyası Kabardin-Balkar Respublikasının Nalçik şəhərindəki bazarda güclü yanğın baş verib.

Trend-in məlumatına görə, 2 min kv.m sahəni əhatə edən yanğın artıq ikinci ticarət pavilyonuna keçib.

Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin 75 əməkdaşı, 13 texnikası çalışır.

Xəsarət alanların olmadığı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti