...

Şabranda piyadanın ölümünə səbəb olan sürücü saxlanılıb

Hadisə Materials 17 Aprel 2018 16:08 (UTC +04:00)
Şabranda piyadanı vuraraq hadisə yerindən yayınmaq istəyən avtomobilin sürücüsü saxlanılıb.
Şabranda piyadanın ölümünə səbəb olan sürücü saxlanılıb

Bakı. Trend:

Şabranda piyadanı vuraraq hadisə yerindən yayınmaq istəyən avtomobilin sürücüsü saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, aprelin 17-də gecə saatlarında Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Magistralın Şabran rayonu ərazisindən keçən hissəsində Cahangirov Asim Məmməd oğlunu avtomobil vurub. Piyada aldığı xəsarətdən dünyasını dəyişib.

Dərhal Şabran RPŞ əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz tədbirlərlə yol-nəqliyyat hadisəsinin “Mercedes Benz” markalı avtomobillə törədilməsi müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə yol qəzasını törədərək hadisə yerindən yayınmaq istəyən avtomobilin sürücüsü – Bəşir Mühtümov saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti