...

Yerevan polisi daha 37 etirazçını saxlayıb

Hadisə Materials 20 Aprel 2018 12:08 (UTC +04:00)
Ermənistan polisi Yerevanda etirazçıların daha bir qrupunu saxlayıb.
Yerevan polisi daha 37 etirazçını saxlayıb

Bakı. Trend:

Ermənistan polisi Yerevanda etirazçıların daha bir qrupunu saxlayıb.

Trend-in məlumatına görə, bu dəfə 37 etirazçı saxlanılıb.

Saxlanılanlar arasında etiraz aksiyalarının təşkilatçılarından olan David Sanasaryan da var ki, o, Respublika meydanında hərəkətin qarşısını almağa cəhd göstərib.

Hazırda etirazlar Gülbekyan küçəsində davam edir.

Qeyd edək ki, Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə S.Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyası keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurma yaşanıb, saxlanılanlar var. Bu günə qədər 123 etirazçı saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti