Bakı. Trend:
Kürdəmir rayonunda yanğın hadisəsi qeydə alınıb.
Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, Kürdəmir rayonu, Mollakənd kəndində ümumi sahəsi 160 m² olan birmərtəbəli 8 otaqlı evin 3 otağının yanar konstruksiyaları 60 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.