Bakı. Trend:
İndoneziya sahillərində güclü zəlzələ olub. Trend-in məlumatına görə, ABŞ Geoloji Xidməti yeraltı təkanların 5.6 bal gücündə qeydə alındığını bildirib.
Zəlzələ səhər saatlarında Cayapura şəhərindən 290 kilometr şimal-qərbdə, yerin 10 kilometr dərinliyində qeydə alınıb.
İnsan tələfatı və dağıntılar barədə məlumat yoxdur.