...

Xaçmaz sakinini bıçaqlayan şəxs tutuldu

Hadisə Materials 24 Aprel 2018 11:24 (UTC +04:00)
Aprelin 21-də Xaçmaz rayon sakini Peyman Məmmədovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə Xaçmaz Rayon Polis Şöbəsinə daxil olmuş məlumatla əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib.
Xaçmaz sakinini bıçaqlayan şəxs tutuldu

Bakı. Samir Əli - Trend:

Aprelin 21-də Xaçmaz rayon sakini Peyman Məmmədovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə Xaçmaz Rayon Polis Şöbəsinə daxil olmuş məlumatla əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib.

DİN-dən Trend-ə verilən məlumata görə, P.Məmmədov ilkin izahatında xəsarəti yaşadığı Bostançı kəndindəki evinin həyətində dəmir parçasının üzərinə yıxılması nəticəsində aldığını bildirib.

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla P.Məmmədovla həmkəndlisi İlqar İbrahimov arasında münaqişə baş verdiyi, bu zaman sonuncunun ona bıçaqla xəsarət yetirdiyi müəyyən edilib.

Görülmüş tədbirlərlə qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən İ.İbrahimov saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126-cı maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə cinayət işi başlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti