...

Şəmkirdə maşın ağaca dəydi - ölən var

Hadisə Materials 25 Aprel 2018 14:20 (UTC +04:00)
Şəmkir rayonunun Düyərli kəndində yol-nəqliyyat hadisəsi baş verib.
Şəmkirdə maşın ağaca dəydi - ölən var

Trend-i buradan izləyin

Bakı. Trend:

Şəmkir rayonunun Düyərli kəndində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, aprelin 24-də saat 16 radələrində Şəmkir rayonunun Düyərli kəndində Sabirkənd kənd sakini Emin Məmmədov idarə etdiyi “VAZ-21063” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü və sərnişinlərindən həmkəndlisi Ayaz Allahverdiyev hadisə yerində ölüb, xəsarət almış digər 2 sərnişin isə xəstəxanaya yerləşdiriliblər.

Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti