...

Mərdəkan sakininin həyətində çətənə kolları aşkarlandı

Hadisə Materials 27 Aprel 2018 12:58 (UTC +04:00)
Bakı və Hacıqabul sakinlərindən narkotik vasitələr aşkarlanaraq götürülüb.
Mərdəkan sakininin həyətində çətənə kolları aşkarlandı

Bakı. Trend:

Bakı və Hacıqabul sakinlərindən narkotik vasitələr aşkarlanaraq götürülüb.

DİN-dən Trend-ə verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Etibar Ağayevin Mərdəkan qəsəbəsindəki evin həyətində kutivasiya yolu ilə əkdiyi 9 ədəd çətənə kolu və çəkisi 141 qram marixuana aşkar edilərək götürülüb.

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Xalid Məmmədovdan isə çəkisi 850 qram olan marixuana götürülüb.

Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti