...

DİN Sabirabadda 6 nəfərin suda boğulması ilə bağlı rəsmi məlumat yayıb

Hadisə Materials 8 May 2018 10:28 (UTC +04:00)
DİN Sabirabadda 6 nəfərin suda boğulması ilə bağlı rəsmi məlumat yayıb.
DİN Sabirabadda 6 nəfərin suda boğulması ilə bağlı rəsmi məlumat yayıb

Bakı. Trend:

DİN Sabirabadda 6 nəfərin suda boğulması ilə bağlı rəsmi məlumat yayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, mayın 7-də saat 9 radələrində Sabirabad rayonunun Şəhriyar kəndindəki pambıq sahəsinə işləməyə gedən kənd sakini Əjdər İmanovun idarə etdiyi “Belarus-892” markalı traktorun qoşqusu ayrılaraq Şorsu kanalının kollektoruna aşıb.

Nəticədə qoşquda olan arvadı Məlahət İmanova, qohumları Günay Qasımova, Xəyalə Həsənova, Elnarə Məlikova, onun qızları Zəhra və Fatma suda boğulublar.

Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti