...

Almaniyada xidməti avtomobil traktorla toqquşdu - Hersoq öldü

Hadisə Materials 10 May 2018 10:09 (UTC +04:00)
Almaniyanın Baden-Vyurtemberq federal torpağında magistrald baş verən yol qəzası nəticəsində Vyurtemberq nəslindən olan Hersoq Fridrix ölüb.
Almaniyada xidməti avtomobil traktorla toqquşdu - Hersoq öldü

Bakı. Trend:

Almaniyanın Baden-Vyurtemberq federal torpağında magistrald baş verən yol qəzası nəticəsində Vyurtemberq nəslindən olan Hersoq Fridrix ölüb.

Trend-in məlumatına görə, Porsche-də olan hersoqun sürücüsü traktorla toqquşandan sonra başqa avtomobilə dəyib.

Aldığı xəsarətlərdən Vyurtemberq evinin rəhbəri Karl Hersoq fon Vyurtemberqin oğlu Fridrix yerindəcə dünyasını dəyişib. Onun həyat yoldaşı isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti