...

“Gənclik Mall”da oğurluq olub

Hadisə Materials 10 May 2018 13:47 (UTC +04:00)
“Gənclik Mall” ticarət mərkəzində oğurluq olub.
“Gənclik Mall”da oğurluq olub

Bakı. Trend:

“Gənclik Mall” ticarət mərkəzində oğurluq olub.

DİN-dən Trend-ə verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə “Gənclik Mall” ticarət mərkəzindəki mağazaların birindən 536 manat dəyərində geyim əşyalarının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qadın qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini S.Rəsulova olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti