...

FHN Qaradağdakı məktəb yanğını ilə bağlı məlumat yayıb

Hadisə Materials 10 May 2018 15:37
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Qaradağ rayonunda baş verən məktəb yanğını ilə bağlı məlumat yayıb.
FHN Qaradağdakı məktəb yanğını ilə bağlı məlumat yayıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Qaradağ rayonunda baş verən məktəb yanğını ilə bağlı məlumat yayıb.

Trend-in nazirliyin saytına istinadən məlumatına görə, Qaradağ rayonunda 273 saylı tam orta məktəbin yerləşdiyi, ümumi sahəsi 5300 kv.m olan ikimərtəbəli binanın dam örtüyünün yanar konstruksiyaları 120 kv.m sahədə və içərisinə yığılmış 15 ədəd mebel avadanlığı (stol və parta) yanıb.

Yanğın zamanı 560 nəfər (160 nəfər işçi heyəti və 400 nəfər şagird) yanğınsöndürənlər tərəfindən təxliyə olunub.

Məktəbin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti